• Bakı 22° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

NATO Dnestryanıya hücum planı hazırlayıb

DÜNYA

15 Iyul 2025 | 12:11

NATO Dnestryanıya hücum planı hazırlayıb

NATO hərbçiləri Dnestryanı bölgəyə hücum planı hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dnestryanı Moldova Respublikasının Ali Sovetinin deputatı Andrey Safonov məlumat verib.

Onun sözlərinə görə, hazırkı vəziyyət Qərb və Rumıniya qoşunlarının Moldovaya daxil olması üçün zəmin yaradır. 

Deputat əlavə edib ki, NATO-nun Dnestryanı bölgəyə hücum planı mövcuddur. Lakin hazırda bu planın həyata keçirilməsi ehtimalı azdır, çünki Qərbin fərqli ssenarisi var.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik isə Rusiya Xarici Kəşfiyyat Xidmətinin Moldovanın NATO-nun irəlidəki dayaq nöqtəsinə çevrilməsi ilə bağlı açıqlamasını şərh edərkən bildirib ki, NATO Moldova vasitəsilə yalnız Rusiyaya qarşı yox, həm də birbaşa Dnestryanı bölgəyə qarşı hücum hazırlayır.

Kolesnik əlavə edib ki, Moldova hökuməti Rusiya əleyhinə açıq informasiya müharibəsi aparır və Moldova ordusu NATO ölkələrindən olan hərbi təlimatçılarla dolub.

Mina Mikayılova


SON XƏBƏRLƏR