Vaşinqtonda hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərdə cinayətlə mübarizə tədbirləri çərçivəsində bir gecədə 43 nəfəri həbs ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Ağ Evdəki mənbəyə istinadən “ABC” telekanalı yayıb.
Mənbənin sözlərinə görə, şəhərdə 1450-dən çox federal hüquq-mühafizə orqanı əməkdaşı və Milli Qvardiyanın üzvləri patrul xidməti həyata keçirib.
Xatırladaq ki, avqustun 11-də ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın 800 hərbi qulluqçusunun Vaşinqtona göndərilməsi ilə bağlı qərar qəbul edib. Onun sözlərinə görə, bu tədbirlərin görülməsində məqsəd ictimai-asayişi bərpa etmək və təhlükəsizliyi təmin etməkdir.
Ağ Ev rəsmiləri isə qeyd edib ki, Milli Qvardiya hərbçilərinin əsas tapşırığı federal obyektlərin qorunması, cinayətkarların saxlanılması, eləcə də cinayət hallarının qarşısının alınması zamanı polisə kömək etməkdir. Hərbçilər sentyabrın 25-nə qədər şəhərdə qalacaqlar.