• Bakı 23° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

NATO və Cənubi Koreya Ukrayna məsələsini müzakirə edəcək

DÜNYA

06 Iyul 2024 | 16:51

NATO və Cənubi Koreya Ukrayna məsələsini müzakirə edəcək

"NATO və Cənubi Koreya Vaşinqton sammitində Ukrayna məsələsində əməkdaşlığı müzakirə edəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu alyansın Baş katibi Yens Stoltenberq deyib.

O bəyan edib ki, artıq üçüncü ildir rəhbərlik etdiyi qurumun sammitinə Cənubi Koreya, Yaponiya, Avstraliya və Yeni Zelandiyanın rəhbərləri də dəvət olunur. Baş katibin sözlərinə görə, bunda məqsəd Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə nail olmaqdır.

Y.Stoltenberqin sözlərinə görə, alyans üzvlərinin görüşündə kibertəhlükəsizlik və yeni texnologiyaların tətbiqi, Ukrayna hərbçilərinin tibbi biliklərinin artırılması, habelə Cənubi Koreya ilə informasiya mübadiləsi imkanları nəzərdən keçiriləcək.


SON XƏBƏRLƏR

04 Oktyabr 2024