• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna ABŞ-dən  4 milyard dollar alıb

DÜNYA

05 Avqust 2024 | 15:53 | Müəllif: Gülşən Şərif

Ukrayna ABŞ-dən 4 milyard dollar alıb

Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dən qrant şəklində 3,9 milyard dollar alıb. 

Bakıvaxtı.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz "telegram" hesabında paylaşım edib.

"Bu, 2024-cü ildə ABŞ-dən birbaşa büdcə dəstəyinin ilk tranşıdır. Ümumilikdə Ukrayna bu il ABŞ-dən 7,8 milyard dollar birbaşa büdcə yardımı alacaq", - deyə Şmıqal yazıb.

Qeyd edək ki, iyulun 30-da Ukraynanın maliyyə naziri Sergey Marçenko Ukraynada münaqişənin hər gününün Kiyevə təxminən 120 milyon avroya (demək olar ki, 130 milyon dollar) başa gəldiyini, Kiyevin aylıq hərbi xərclərinin isə təxminən 3,7 milyard avro təşkil etdiyini bildirib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR