• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu kompüterin qiyməti 7000 dollardır

DÜNYA

04 Sentyabr 2024 | 15:17 | Müəllif: Gülşən Şərif

Bu kompüterin qiyməti 7000 dollardır

Kompüter dünyasında innovativ və ekstravaqant həlləri ilə tanınan "Cooler Master" öz rəsmi saytında "Shark X" adlı unikal fərdi kompüterini təqdim edib.

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, "Shark X" yüksək səviyyəli oyun avadanlıqları, o cümlədən Intel Core i7-14700F prosessoru və MSI GeForce RTX 4070 Ti super qrafik kartı ilə təchiz olunub. 

Kompakt Mini-ITX sisteminə həmçinin B760I ana plata, ikiqat 32 GB DDR5-6000 RAM, 2 TB M.2 PCIe 4.0 NVMe yaddaş, MasterLiquid 120 Atmos maye soyuducu və Cooler Master-dan V850 SFX Gold enerji təchizatı daxildir.

Köpəkbalığı şəklində təqdim olunan "Shark X" kompüterinin qiyməti 7 min dollardır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026