• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Olaf Şolts siyasi partiyalara çağırış edib

DÜNYA

04 Sentyabr 2024 | 14:59 | Müəllif: Gülşən Şərif

Olaf Şolts siyasi partiyalara çağırış edib

Almaniya kansleri Olaf Şolts əsas partiyaları sağçı ekstremistlərə qarşı birləşməyə çağırıb.

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, Almaniyada İkinci Dünya Müharibəsindən sonra ilk dəfə əyalət parlamenti seçkilərində ifrat sağçı partiya olan "Almaniya üçün Alternativ" Partiyası (AfD) birinci yeri tutub.

Şolts bu nəticələri narahatedici olaraq xarakterizə edərək, AfD-yə qarşı siyasi partiyalara çağırış edib:

"AfD Almaniyaya zərər verir. Bu partiya iqtisadiyyatı zəiflədir, cəmiyyəti parçalayır və ölkəmizin reputasiyasını məhv edir". 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026