• Bakı C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

"Naxçıvan Bank"ın krediti "Kapital Bank"a ÖTÜRÜLÜB

İQTİSADİYYAT

04 Dekabr 2023 | 17:15

Naxçıvan Bankın krediti Kapital Banka ÖTÜRÜLÜB

Azərbaycanın yeganə regional bankı "Naxçıvan Bank" ASC-nin kredit portfeli "Kapital Bank" ASC-yə ötürülüb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı məlumatı Azərbaycan Mərkəzi Bankından (AMB) təsdiqləyiblər.

Bununla belə, tənzimləyici qurum bəyan edib ki, portfelin satılması "Naxçıvan Bank"ın lisenziyasının ləğv ediləcəyi demək deyil: "Bu, bankın biznes strategiyasına daxil olan məsələlərdəndir. "Naxçıvan Bank"ın maliyyə dayanıqlığı göstəriciləri AMB-nin müəyyən etdiyi requlyativ tələblər çərçivəsindədir, Bankın lisenziyasının geri çağırılması gündəmdə deyil".

Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmlərinin 63,66%-i Hüseyn Məmmədova, 26,52%-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82%-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsusdur./Report


SON XƏBƏRLƏR

01 Dekabr 2024