• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyənin ixracatı tarixi rekorda qalxdı

İQTİSADİYYAT

02 Yanvar 2024 | 23:24 | Müəllif: Subhan Mahmudov

Türkiyənin ixracatı tarixi rekorda qalxdı

Türkiyənin 2023-cü ildə ixracatı əvvəlki ilə nisbətən 0,6 faiz artaraq ölkə tarixində rekord səviyyəyə – 255,809 milyard dollara çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Beləliklə, bu rəqəm bizim orta müddətli proqramımızın 255 milyard dollarlıq hədəfini üstələyib”, - deyə o, İstanbulda çıxışı zamanı bildirib.

Ərdoğan 2023-cü ildə ölkənin xarici ticarət kəsirinin illik müqayisədə 3,2% azaldığını vurğulayıb.

Onun sözlərinə görə, pandemiyadan əvvəlki dövrlə müqayisədə son 3 ildə 4 milyondan çox əlavə iş yeri yaradılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR