• Bakı 22° C

    4.88 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

2023-cü ildə 86 dövlət standartı ləğv edilib

İQTİSADİYYAT

01 Fevral 2024 | 12:54

2023-cü ildə 86 dövlət standartı ləğv edilib

2023-cü ilin 12 ay ərzində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs (ASİ) tərəfindən “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər normativ-hüquqi aktların tələblərinə uyğun olaraq, beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 139 yeni dövlət standartı qəbul edilib.

Bakıvatı.az ASİ-yə istinadla xəbər verir ki, bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılması məqsədlərinə xidmət etməklə, elm və texnikanın nailiyyətlərinin, bilik, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

    Ümumilikdə ötən il ərzində, aqrar və qida sahəsi üzrə 67, ekologiya sahəsi üzrə 8, elektrotexnika, informasiya texnologiyaları və telekommunikasiya sahələri üzrə 7, kosmetika sahəsi üzrə 4, neft və kimya sənayesi üzrə 12, ağır sənaye və maşınqayırma sahələri üzrə 15, tikinti materialları üzrə 11, qiymətli metallar və qiymətli daşlar üzrə 3, idarəetmə sistemləri sahəsi üzrə 1, təşkilati və metodoloji sahə üzrə 3, tibb sahəsi üzrə 4, yüngül sənaye sahəsi üzrə 2, mebel sahəsi üzrə 1, energetika sahəsi üzrə 1 dövlət standartı qəbul edilib.

    Eyni zamanda 87 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 86 dövlət standartı ləğv edilib, sahibkarların sifarişi əsasında 170 texniki şərtlər hazırlanmış, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Sentyabr 2026