• Bakı 24° C

    7.1 m/s

Dollar QALXIR: Sabahdan nə gözlənilir?

İQTİSADİYYAT

28 Fevral 2024 | 09:57 | Müəllif: Qalib İbrahimoğlu

Dollar QALXIR: Sabahdan nə gözlənilir?

Dollar/TL məzənnəsindəki sakit, lakin sabit yüksəliş davam edir.

Bakıvaxtı.az Türkiyə mediasına istinadla xəbər verir ki, 2024-cü ilə 29.55 TL ilə daxil olan məzənnə bu gün 31.16 TL-yə çatıb. Bu, onu göstərir ki, ilin əvvəlindən məzənnə 5,44 faiz artıb.

Avro isə günə 33,75 TL-dən başlayıb.

Dolları təqib edən investorlar ABŞ-ın sabah açıqlanacaq şəxsi xərclərini izləyəcək. Bu məlumatlar inflyasiya yaradan bir məlumat olduğu üçün FED rəsmiləri tərəfindən inflyasiya əlaməti olaraq izlənilir. Gözləntilərin üzərində ola biləcək bir rəqəm FED-in faiz azaltma siyasətinə bir qədər gec başlamasına səbəb ola bilər.

Digər tərəfdən Türkiyə iqtisadiyyatının 2023-cü ilin 4-cü rübündəki böyümə rəqəmləri sabah təqib ediləcək. Türkiyə iqtisadiyyatının 4-cü rübdə yüzdə 3,97 böyüdüyü hesablanır. Türkiyə iqtisadiyyatının 2023-cü ildə ümumilikdə 4,40 faiz artacağı hesablanır.

Dolların digər valyutalar qarşısında gücünü ölçən DXY indeksi 103.887-dir.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026