• Bakı 17° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Bu bank AMB-nin tələblərini pozdu

İQTİSADİYYAT

28 Mart 2024 | 15:06

Bu bank AMB-nin tələblərini pozdu

“Azərbaycan Sənaye Bankı” Azərbaycan Mərkəzi Bankının (AMB) tələblərini pozub.

Bu barədə Bakıvaxtı.az AMB-yə istinadən xəbər verir.

Qeyd edilib ki, “Azərbaycan Sənaye Bankı” ASC tərəfindən məcmu halda likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində 2024-cü ilin fevral ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbi təmin edilməyib. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən “Azərbaycan Sənaye Bankı” ASC-yə bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

    AMB əlavə edib ki, sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Oktyabr 2026