• Bakı 19° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

“OPEC+” neft hasilatının həcmində dəyişikliyi tövsiyə etməyib.

İQTİSADİYYAT

01 Fevral 2024 | 16:26

“OPEC+” neft hasilatının həcmində dəyişikliyi tövsiyə etməyib.

“OPEC+” Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC) alyansa neft hasilatının həcmində dəyişikliyi tövsiyə etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə alyansın kommünikesində deyilir.

Komitənin iclası bu gün onlayn rejimdə keçirilib.

“JMMC 2023-cü ilin noyabr və dekabr ayları üçün xam neft hasilatı məlumatlarını nəzərdən keçirib və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin Əməkdaşlıq Bəyannaməsinə yüksək dərəcədə əməl etdiyini qeyd edib”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, JMMC-nin növbəti iclası aprelin 3-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR