• Bakı 15° C

    2.03 m/s

Naxçıvandakı mövqelərimiz atəşə TUTULDU

HADİSƏ

10 Avqust 2021 | 18:19 | Müəllif: Subhan Mahmudov

Naxçıvandakı mövqelərimiz atəşə TUTULDU

Avqustun 10-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR