• Bakı 22° C

    2.02 m/s

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

SİYASƏT

06 Yanvar 2023 | 23:36 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

Məclisinin doqquzuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov yanvarın 6-da imzalayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası 2023-cü il yanvar ayının 10-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi

3. Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026