• Bakı 21° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Laçın-Xankəndi yolu: Aksiyanın 55-ci günü

SİYASƏT

04 Fevral 2023 | 09:05

Laçın-Xankəndi yolu: Aksiyanın 55-ci günü

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” mədənlərində monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi etiraz aksiyası 55-ci gündür davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyanın 55-ci günüdür.

Havanın qarlı-şaxtalı olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edib.  İştirakçılar bu gün səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.


SON XƏBƏRLƏR

23 Aprel 2024