Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası davam edir.
Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyanın 85-ci günüdür.
Gecə saatlarında da aksiyanı davam etdirən aksiya iştirakçıları adəti üzrə növbəti günə də Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.
Aksiyada Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılması tələb olunur.
İştirakçılar “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!”, “Təbiəti qoruyun” kimi şüarlar səsləndirirlər.
İsmayıl Alısoy
















