• Bakı 14° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

DTX-nın səlahiyyəti ARTIRILDI - QƏRAR

SİYASƏT

04 Aprel 2023 | 18:43 | Müəllif: Subhan Mahmudov

DTX-nın səlahiyyəti ARTIRILDI - QƏRAR

İstintaq təcridxanalarının daxili intizam Qaydalarına dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, istintaq təcridxanalarında saxlanılan şəxslərin yerləşdirilmə həddi müvafiq olaraq Azərbaycan Respublikasının ədliyyə naziri (Naxçıvan Muxtar Respublikasının ərazisində—Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri) və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi tərəfindən müəyyən ediləcək.

Əvvəl Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi belə səlahiyyətə malik olub.

Nazirlər Kabinetinin qərarı ilə artıq Naxçıvan Muxtar Respublikasının ərazisində də bu sahədə səlahiyyət Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026