• Bakı 25° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Qubadlıda tam orta məktəbin təməli qoyuldu - YENİLƏNİB

SİYASƏT

04 May 2023 | 17:50

Qubadlıda tam orta məktəbin təməli qoyuldu - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib.

Bakıvaxtı.az  xəbər verir ki, dövlət başçısına məktəb binası ilə bağlı məlumat verildi.

Bildirildi ki, məktəb Qubadlı şəhəri, Dondarlı kəndi və ona bitişik açıq ərazidə inşa olunacaq. Təhsil ocağı və ona məxsus açıq ərazilər yaşayış sahələri ilə əhatə olunacaq. Məktəbin həyətyanı ərazisindəki idman qurğularından və oyun meydançalarından axşamlar və həftə sonları ictimaiyyət nümayəndələri də istifadə edə biləcəklər.

Qeyd edildi ki, məktəb binası modul tipli sinif otaqlarından istifadə olunmaqla layihələndirilib. Təbii işıqla işıqlandırılmış daxili məkanlar məktəbin enerji tələbatını minimuma endirəcək. Binanın strukturu uyğunlaşan sistemdir və şəhərin böyüməsi ilə bağlı şagird sayı artdıqca genişləndirilə bilər.

Dövlət başçısı məktəb binasının təməlini qoydu.

 

11:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, Prezident İlham Əliyev Qubadlı şəhərində 600 şagird yerlik tam orta məktəbin təməlini qoyub.
 


Qubadlıda tam orta məktəbin təməli qoyuldu - YENİLƏNİBQubadlıda tam orta məktəbin təməli qoyuldu - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026