• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq müzakirə edilib

SİYASƏT

02 Iyun 2023 | 20:27 | Müəllif: Subhan Mahmudov

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq müzakirə edilib

İyunun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini cənab Kolin Kahlın təşəbbüsü ilə telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
    Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR