• Bakı 22° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

İlham Əliyev bu Memorandumu təsdiqlədi

SİYASƏT

03 Iyun 2023 | 13:07

İlham Əliyev bu Memorandumu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, fərmana əsasən, 2022-ci il dekabrın 14-də Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiqlənib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sənədin müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İndoneziya hökumətinə bildiriş göndərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR