• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Makron Parisi “partladır”: Fransız xalqı daha kef eləmir

SİYASƏT

03 Iyul 2023 | 09:59 | Müəllif: Qalib İbrahimoğlu

Makron Parisi “partladır”: Fransız xalqı daha kef eləmir

“Fransada baş verən hadisələri bu cəmiyyətin, bu dövlətin növbəti böhranı kimi qiymətləndirmək olar”.

Bunu Fransada baş verən son olayları Bakıvaxtı.az-a şərh edən siyasi şərhçi Mübariz Göyüşlü deyib0

Onun sözlərinə görə, bundan əvvəl də Fransada bu cür çox ciddi etiraz aksiyaları müşahidə olunub:  “Fransada istər tələbələrin, istər “sarı jiletlilər” adlandırılan qrupların geniş etiraz aksiyaları olub. Həmkərlar təşkilatının böyük etiraz aksiyalarını müşahidə etmişik. Bundan başqa, Fransanın hazırkı hakimiyyətinin pensiya islahatı ilə bağlı yaş senzinin qaldırmasından sonra da çox ciddi etirazlar olub. Bu aksiyaların heç birisində Makron hakimiyyəti xalqın xeyrinə qərar qəbul etməyib. Bütün bunlar “Fransa demokratiyanın beşiyidir” fikrinin,  hakimiyyət idarəçiliyinin  ideal səviyyədə olması və s. kimi deyilən məsələlərin hamsının puç bir söhbət olduğunu göstərir”.

Müsahibimiz qeyd edib ki, öz daxilində olan bu cür problemləri görə bilməyən Fransa hakimiyyəti xarici siyasətində imperialist müstəmləkəçi siyasət yürütməkdə davam edir. Onun spzlərinə görə, hərgah xarici siyasətdə də Fransa bir sıra səhvlərə yol verdiyindən ölkə rəhbərliyi, xüsusilə prezident Emmanuel Makron biabırçı durumlarla rastlaşır:

“Hətta Afrika ölkələrinin birinin prezidenti Makronun üzünə qarşı söyləmişdi ki, “biz sizin müstəmləkəçi siyasətinizi istəmirik, biz özümüz də yaşaya bilərik”. Bu fikir faktiki olaraq Fransa prezidentini pərt duruma salmışdı”.

Mübariz Göyüşlü: Makron hakimiyyəti bu siyasətdən əl çəkməsə, böhran Fransanı təhlükəli həddə gətirib çıxaracaq

M.Göyüşlüyə görə. Fransa bu hadisələrdən nəticə çıxarmır və yenə də öz səhv siyasətini davam etdirir. Rəsmi Paris daxildə öz vətəndaşına qarşı aqressiv qərarlar qəbul edir və bunun acı nəticələrini də görür: Bununla belə. xaricdə də bu cür siyasəti davam etdirir və onunla bağlı da problem yaranır. Guya ki, ermənidən artıq erməni olmağa cəhd göstərir, ermənini müdafiə etməyə cəhd göstərir”.

Həmsöhbətimiz hesab edir ki, əgər Fransa siyası hakimiyyəti, hərbi hakimiyyəti bu cür davranışlarından əl çəkməzsə, çox ciddi şəkildə dövləti sarsıda biləcək nəticələrə gətirib çıxara bilər: “Necə ki, neçə gündür 17 yaşlı bir yeniyetmənin güllələnməsindən sonra Fransa pıolisinin keçirilən aksiyalarda iştirakçılara qarşı vəhşiliyini müşahidə edirik. Bütün bunlar, təbii ki, Fransa dövlətinin daxili və xarici nüfuzuna çox böyük təsir göstərir, zəiflədir, ciddi problemlərlə qarşı qarşıya qoyur. Baş verənlər dövlətin zəifləməsinə, etibarının sarsılmasına, imicinin korlanmasına gətirib çıxarır”.

“Fransa hakimiyyəti bu cür siyasətdən əl çəkməlidir. Ancaq bu halda belə hadisələrin sakitləşməsi, gələcəkdə bu cür hadisələrin baş verməməsi mümkündür. Fransanın normal bir siyasət yürütməsi lazımdır, nəinki belə aqressiv siyasət. Makron hakimiyyəti bu siyasətdən əl çəkməsə, böhranlı vəziyyət Fransa dövlətini və dövlətçiliyini təhlükəli həddə gətirib çıxaracaq”, - deyə Mübariz Göyüşlü vurğulayıb.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR