• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Güləbird kənd yaşayış məntəqəsinin təməli qoyuldu - YENİLƏNİB

SİYASƏT

04 May 2023 | 17:35

Güləbird kənd yaşayış məntəqəsinin təməli qoyuldu - YENİLƏNİB

Mayın 4-də Laçın rayonunun Güləbird kəndinin təməli qoyulub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Azərbaycan Prezidentinə kənddə görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır. Kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. İkiotaqlı evlərin sahəsi 70, üçotaqlılar 88, dördotaqlılar 103, ikimərtəbəli olacaq beşotaqlıların sahəsi isə 120 kvadratmetr təşkil edəcək. Burada, həmçinin 432 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.

Qeyd olunub ki, Güləbird kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Kənddə klub icma, ailə sağlamlıq və idman sağlamlıq mərkəzləri və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. Burada istirahət parkı salınacaq, idman və uşaq meydançaları yaradılacaq, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.

Prezident İlham Əliyev Güləbird kəndinin təməlini qoyub.

 

11:24

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Laçın və Qubadlı rayonlarına səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, dövlətimizin başçısı Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin təməlini qoyub.


Güləbird kənd yaşayış məntəqəsinin təməli qoyuldu - YENİLƏNİBGüləbird kənd yaşayış məntəqəsinin təməli qoyuldu - YENİLƏNİBGüləbird kənd yaşayış məntəqəsinin təməli qoyuldu - YENİLƏNİBGüləbird kənd yaşayış məntəqəsinin təməli qoyuldu - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026