• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qubadlı  Mərkəzi Xəstəxanasının təməli qoyuldu - YENİLƏNİB

SİYASƏT

04 May 2023 | 18:26

Qubadlı Mərkəzi Xəstəxanasının təməli qoyuldu - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının təməlinin qoyulması mərasimində iştirak edib.

Bakıvaxtı.az-ın xəbərinə görə, dövlət başçısına xəstəxana binasının layihəsi barədə məlumat verilib.

Bildirilib ki, 4,5 hektardan çox ərazidə inşa olunacaq bu tibb müəssisəsi inzibati binadan, stasionar və ambulator xidmət hissələrindən ibarət olacaq. Stasionar xidmət hissəsində qəbul, terapiya, cərrahiyyə, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri fəaliyyət göstərəcək. Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından ibarət olacaq.

Müalicə ocağı ən müasir tələblərə cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiya, maqnit-rezonans tomoqrafiya, angioqrafiya və digər cihazlarla təchiz ediləcək.

Prezident İlham Əliyev xəstəxana binasının təməlini qoyub.

 

***11:33

Prezident İlham Əliyev Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxananın təməlini qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026