• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

"Qarabağda baş verən insident danışıqların..." - Toivo Klaar

SİYASƏT

05 Mart 2023 | 23:42 | Müəllif: Subhan Mahmudov

"Qarabağda baş verən insident danışıqların..." - Toivo Klaar

"Qarabağda bazar günü, martın 5-də baş vermiş insident Bakı ilə İrəvan arasında danışıqların irəliləyişinin zəruriliyindən danışır" .

Bakıvaxtı.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Twitter-də yazıb.

O, ABŞ dövlət katibi Entoni Blinkenin , Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın fevralda Münhendə keçirilən görüşündən sonra sülh prosesinin irəliləməsi üçün  Bakıda Azərbaycan rəhbərliyi ilə substantiv müzakirələr aparacağını gözlədiyini bildirib .

“Bugünkü ölümcül insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqların irəliləməsinə təcili ehtiyac olduğunu göstərir”, - Klaar bildirib.

Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026