“Möhtərəm Prezidentimizin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündəki çıxışı çağdaş dünya tarixinin ədalət səhifələri kimi yazılacaq".
Bunu Bakıvaxtı.az-a deputat Məlahət İbrahimqızı bildirib.
Millət vəkili qeyd edib ki, bu ilin mart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib:
“Öncə demək lazımdır ki, bu ölkəmizin ictimai-siyasi həyatında baş vermiş çox böyük və əlamətdar bir hadisə idi. Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə yüksək səviyyəli nümayəndələrin iştirakı, eləcə də Zirvədə səslənən fikirlər bir daha onu göstərir ki, Azərbaycan bu təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan QH-na həm üzv kimi, həm də sədr kimi bu təşkilatın son illərdə nüfuzunun hədsiz dərəcədə artırmasında bir çox töhfələr verib. Təşkilatın strukturunun genişlənməsi, parlament şəbəkəsi, gənclər birliyi strukturu kimi institutlaşmış qurumlarının yaradılması buna bariz sübutlardır. Azərbaycan Prezidentinin bu Zirvədə çıxışında da vurğuladığı kimi COVİD 19 pandemiyası dövründə Azərbaycanın birbaşa və ÜST vasitəsilə 80-dən çox ölkəyə yardım etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzu və dövlətimizin gücünü sübut edir. Qeyd etmək lazımdır ki, artıq uzun illərdir Azərbaycan beynəlxalq səviyyədə çox mühüm problemlərin, müasir dünyanın çağırışlarının müzakirə edildiyi mötəbər tədburlərə ev sahibliyi edir. BMT kimi nüfuzlu təşkilatlar tərəfindən Azərbaycanda yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizə və ölkəmizin rəhbərinə olan etimad və günənin nəticəsidir. Sözsüz ki, Qoşulmama Hərəkatının xətti ilə keçirilın bu tədbirlır dövlətimizin beynəlxalq müstəvidə əldə etdiyi uğurlar olmaqla qlobal həmrəyliyə verdiyi önəmli töhfələrdir.
Mətbuatdan da bildiyimiz kimi, Zirvə görüşündə bir çox önəmli məsələlərin müzakirəsi oldu. Zirvədə prezident İlham Əliyev çıxışında bugünkü insanlığın üzləşdiyi təhlükələri, dünya düzəmini yenidən şəkilləndirən problemləri, geosiyasi prosesləri təhli edərək, çox ciddi mesajlar səsləndirdi. Dövlət Başçımız dünyada inkişaf etmiş, zəngin və güclü dövlətlərin bir sıra hallarda beynəlxalq hüquqa zidd, ədalətsiz yanaşmalarını da tənqid etdi. O, çıxışında COVİD- 19 pandemiya dövründə bu dövlətlərin peyvənd millətçiliyini, dünyada bu dövlətlərin hələ də davam etdirdiyi imperialist və müstəmləkə siyasətini, eləcə də beynəlxalq təşkilatların ikili standartlarla fəaliyyətini kəskin tənqid etdi”.
Deputat bildirib ki, Prezidentimizin Zirvədəki bu çıxışını Qoşulmama Hərəkatının gələcək yol xəritəsi adlandırmaqla, bəşəriyyətin heç də rahat gələcəyi olmayacağından xəbər verirdi:
“Hesab edirəm ki, möhtərəm Prezidentimizin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündəki bu çıxışı çağdaş tariximizin ədalət səhifələri kimi yaddaşlarda qalacaqdır. Fransanı Frikada və bir sıra ada dövlətlərində törətmiş olduğu müstəmləkə cinayətlərinə görə üzr istəməyə çağıran möhtərəm Prezidentimizin:
“…Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəklənib. Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır" kimi fikirləri əslində bugün dünyada imperializm siyasətini davam etdirən bütün dövlətlərə aid etmək olar. Heç bir şərhə ehtiyacı olmayan bu çıxışınsa Dövlətimizin başçısı açıq və birmənalı olaraq çıxışında :
”Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq" qeyd etdi”.
Nuranə
















