Naxçıvanda dəm qazı sızması nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlılardan biri dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, uşaqların hamısı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüb.
Onlardan biri 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov bu xəstəxanada dünyasını dəyişib.
***11:57
Naxçıvan şəhərində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb.
Hadisə nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu həyatını itirib.
Onun övladları – 2020-ci il təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov dəm qazından zəhərləniblər.
Zərərçəkənlər Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Bakı 




