Cari ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat sektorunda 4 milyon 95 min 400 ton yük, 27 milyon 32 min 100 sərnişin daşınıb.
Muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Bakıvaxtı.az-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1, sərnişin daşınması isə 1,3 faiz artıb.
Bu ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin dəyəri isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz artaraq 19 milyon 489 min 900 manat olub.