• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Naxçıvanın iqtisadiyyat naziri Türkiyənin Baş konsulu ilə görüşdü - FOTOLAR

CƏMİYYƏT

30 Yanvar 2023 | 14:26

Naxçıvanın iqtisadiyyat naziri Türkiyənin Baş konsulu ilə görüşdü - FOTOLAR

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb.

Nazirliyin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, T.Əliyev yeni təyinatı münasibətilə Asip Kayanı təbrik edib.

Naxçıvanda fəaliyyətindən məmnunluğunu ifadə edən diplomat Türkiyənin Naxçıvandakı Baş Konsulu olmasından qürur duyduğunu ifadə edib.

Görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, ikitərəfli iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində tərəfdaşlığın gücləndirilməsi, mövcud ticarət dövriyyəsinin artırılması və investisiya əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparıb.


SON XƏBƏRLƏR

18 Mart 2024