"Mən kimisə aşağılamıram. Nə də onu (Fatimə Fətəliyevanı nəzərdə tutur - red.) məhkəmədə udmağı böyük uğur kimi qəbul etmirəm".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli "Xəzər axşamı" verilişində deyib.
Rəqqasə Fatimə Fətəliyeva ilə aralarındakı qalmaqaldan danışan Nazilə Səfərli onun növbəti dəfə qanunları pozduğunu iddia edib:
"Qanun qarşısında mənə borcludur. Bitdi. Yox, əgər qanunlara əməl etməzsə, bu Azərbaycan qanunlarına hörmətsizlikdir. Neçə aydır bu adam üzr istəmirsə, qanunlar hara baxır? O demək istəyir ki, qanunlar işləmir? Qanun işləyirsə, o niyə üzr istəmir? Biləsiniz, o növbəti "quşu" buraxıb, növbəti səhvi edib".
Qeyd edək ki, Nazilə Səfərli və Fatimə Fətəliyeva arasında uzun müddətdir ki, qalmaqal yaşanır. Birinci, Fətəliyevanı onu təhqir edib, şərəf və ləyaqətinə toxunduğuna görə məhkəməyə verib və məhkəməni qazanıb.
Ziyafət Əlisoy