• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Məşhur teleaparıcının EVİ YANDIRILDI 

MƏDƏNİYYƏT-ŞOU

28 Mart 2024 | 19:12

Məşhur teleaparıcının EVİ YANDIRILDI 

Teleaparıcı Şəbnəm Naiblinin evi yandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Teleaparıcı evinin sifariş əsasında yandırıldığını iddia edib: 

"Martın 24-də mənim evim yandırıldı. Hansı ki, o evdə mənim anam, bacım, və azyaşlı övladım var idi. Hadisədən bir həftə öncə tanımadığımız şəxs bir neçə dəfə həyətimizə girmişdi. Mən inanıram və əminəm ki, bu cinayəti törədən də, onun sifarişçisi də tapılacaq və cəzalandırılacaq. Bu mənim ailə üzvlərimin canına qəsd, mənə isə göz dağı idi. Mən belə düşünürəm. Mənim heç vaxt düşmənim olmayıb. Nə də ki, heç vaxt kiməsə qarşı düşmənçilik etmişəm, heç kimə pisliyim dəyməyib. Sözüm bu əməli törədənlərədir. Haqsızcasına, bu qədər şərəfsizcəsinə bu əməli törətmək lazım deyildi".

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

26 Aprel 2024