Azərbaycan və Avropa İttifaqı (Aİ) yeni saziş üzrə yaxın dövrdə əməli addımlar atmaq barədə razılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında yeni sazişi əhatə edən məsələlər üzrə 90-95 faiz razılaşma əldə oıunub:
"Son illər bu məsələdə durğunluq müşahidə olunurdu. Bu gün yenidən məsələni müzakirə etdik və sazişi tamamlamaq üçün əməli addımlar atmaq barədə razılığa gəldik. Açıq qalan məsələlər iqtisadiyyat və ticarət sahəsini əhatə edirdi. Saziş növbəti mərhələdə daha da zənginləşdirilə bilər”.