• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Nazir: Dəfn üçün birdəfəlik müavinətin məbləği artırılacaq

CƏMİYYƏT

27 Noyabr 2023 | 16:42

Nazir: Dəfn üçün birdəfəlik müavinətin məbləği artırılacaq

"Dəfn üçün müavinətin məbləği pensiyaçı şəxlər üçün 840 manat, pensiyaçı olmayanlar üçün 500 manatdır. Bu da sosial sığorta prinsiplərindən irəli gələrək müəyyən edilmiş məsələdir. Bu rəqəmlər 8 dəfəyə qədər artırılıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 27-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazir bildirib ki, dəfn üçün müavinətin ödənilməsi bir sənəd tələb olunur: "Bu, dəfnin həyata keçirilməsinə dair həmin şəxsin arayışıdır. Bir çox hallarda vəfat edən şəxsin varisləri bir neçə nəfər olur. Onların arasında mübahisə yarana bilər ki, bu vəsait kimə ödənilməlidir. Ona görə də müvafiq icra hakimiyyəti orqanın arayışı tələb olunur ki, dəfni varislərdən kim həyata keçirib və vəsait də ona ödənilir. Bu məbləğ mərhələlərlə artırılacaq. Həm uşağın anadan olmasına görə, həm də dəfnə görə müavinətlərdə son 4 il ərzində 5 dəfəyə yaxın artırılıb. Bu tendensiya davam etdiriləcək. Hər sosial islahat paketində bu məsələyə bir daha baxılacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026