"Hazırda ölkədə qızılca yayılıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
A.Əliyeva bildirib ki, xəstəliyin səviyyəsi dekabr ayında bir qədər ensə də, bu, ayın əvvəlində başlayan peyvəndlənmənin nəticəsidir.
Direktor müavini qeyd edib ki, ölkədə əhalinin peyvənd olunması üçün kifayət qədər vaksin var: “Kimsə tərəddüd edir, hər hansı səbəbdən peyvəndi yubadırsa, müraciət edib peyvənd etsinlər. Uşaqda hər hansı kliniki əlamət başlayarsa, uşaqları müəssisəyə buraxmasınlar, vaxtında müalicə etdirsinlər".
Aytac Aslan












jpg-1706258808.webp)



