• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Whatsapp+ istifadəçilərinə xəbərdarlıq: Pulunuz oğurlanır - YENİLƏNİB

CƏMİYYƏT

26 Yanvar 2024 | 14:05

Whatsapp+ istifadəçilərinə xəbərdarlıq: Pulunuz oğurlanır - YENİLƏNİB

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları tətbiqləri yükləyərkən diqqətli olmağa çağırıb. Xidmət tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşların üzləşdiyi maliyyə itkisinin və cihazlarının zərərverici proqramlarla yoluxmasının əsas səbəbinin “WhatsApp+” və bunun kimi rəsmi müəllifi tərəfindən yayımlanmayan, eləcə də etibarlı mənbələrdən yüklənilməyən tətbiqlər nəticəsində baş verdiyi müəyyən olunub.

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən məlumat vrilib.

Qeyd olunub ki, kiberdələduzlar belə tətbiqlər vasitəsilə vətəndaşların fərdi məlumatlarını oğurlamaq və cihazlarından növbəti kiberhücumları həyata keçirmək məqsədilə istifadə edir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi hallara qarşı diqqətlə yanaşmağa çağırır. ETX vətəndaşlara cihazlarına tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, tətbiqləri yükləyərkən onlara verilən icazələri mütləq qaydada nəzərdən keçirməyi tövsiyə edir.

***

09:58

“Hazırda saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır”

Bakıvaxtı.az xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas bildirib.

Onun sözlərinə görə, pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir.

F.Pərdəşünas qeyd edib ki, Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir:

"Səbəb də sadədir. Başqalarının gizliliyinə burnumuzu soxmağı sevirik. İndi isə bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur. “WhatsApp+” orijinal “WhatsApp”da olmayan imkanları təqdim edən saxta həlldir".

"Vaxtında dövlət qurumları, şəxsən mən bar-bağırırdım ki, zibil saxta tətbiqi yükləməyin. İndi zərərçəkənlər dünyadan xəbərsiz kimi bankları günahlandırır", - deyə Fərid Pərdəşünas vurğulayıb.

Aytac Aslan


Whatsapp+ istifadəçilərinə xəbərdarlıq: Pulunuz oğurlanır - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026