• Bakı 21° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türkiyədən Bakıda qurulan universitetlə bağlı AÇIQLAMA

CƏMİYYƏT

25 Fevral 2024 | 09:02 | Müəllif: Subhan Mahmudov

Türkiyədən Bakıda qurulan universitetlə bağlı AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakıda ortaq universitetin yaradılması işləri yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) açıqlamasında bildirilib.

Məlumata görə, Türkiyə-Azərbaycan Universiteti xüsusilə səhiyyə, mühəndislik və informatika sahələrində Türkiyə ali təhsil təcrübəsini Azərbaycana gətirəcək.

Bu il fəaliyyətə başlayacaq birgə universitetin məqsədi təhsil sahələrində ixtisaslı kadrlar hazırlamaq və hər iki ölkənin elmi tədqiqat imkanlarını bir araya gətirməkdir.

Türkiyənin köklü universitetlərinin YÖK tərəfindən təyin olunacaq bakalavr və magistr proqramlarının həyata keçiriləcəyi universitet yeni ali təhsil modeli kimi beynəlxalq tələblərə cavab verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026