• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ticarət mərkəzində döyülən oğlanla bağlı araşdırma BAŞLADI

CƏMİYYƏT

26 Mart 2024 | 00:14 | Müəllif: Subhan Mahmudov

Ticarət mərkəzində döyülən oğlanla bağlı araşdırma BAŞLADI

Bir neçə gün öncə ticarət mərkəzlərinin birindəki tualetdə Kənan adlı şəxsin döyüldüyü deyilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə ictimai birliklərdən birinin rəhbəri Elnarə Qasımova məlumat yayıb.

Onun sözlərinə görə, hadisə şahidləri bildirib ki, zərbələr Kənanın göz nahiyəsinə vurulub, bundan sonra isə tualet tamamən qan içində olub.

E.Qasımova əlavə edib ki, autizmli şəxs olan Kənanın hansı səbəbdən döyüldüyü məlum olmasa da, məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Məsələyə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov reaksiya verib.

Z.Hüseynov bildirib ki, fakt icraata qəbul edilib: 

“Məsələ araşdırılır. Nəticəsi barədə məlumat veriləcək”./“Qafqazinfo”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026