• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıda taksi qiymətləri BAHALAŞIB - SƏBƏBLƏR

CƏMİYYƏT

24 Aprel 2024 | 20:05 | Müəllif: Subhan Mahmudov

Bakıda taksi qiymətləri BAHALAŞIB - SƏBƏBLƏR

Son günlər Bakıda taksi xidməti qiymətlərində bahalaşma müşahidə olunur. Qiymətlərin bahalaşması bir neçə səbəblə izah olunur.

Bakıvaxtı.az xəbər verir ki, Trend-in taksi xidməti sahəsində fəaliyyət göstərən sahibkarlar arasında apardığı sorğuya əsasən, qiymətlərin bahalaşmasına səbəb taksi xidməti göstərən avtomobillərinin sayının kəskin azalmasıdır.

Avtomobil sayının azalması bir neçə səbəblə əlaqələndirilir. Səbəblərdən biri odur ki, Nazirlər Kabinetinin qərarı ilə 15 ildən çox yaşı olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulması ilə əlaqədar bir çox sahibkar köhnə avtomobillərini kütləvi şəkildə satışa çıxarıb.

Digər bir səbəb isə odur ki, taksi operatorları 2007-ci və ondan aşağı ildə istehsal olunan avtomobilləri artıq reklamlı avtomobillər kimi qəbul etmir. Belə olan halda isə sahibkarlar həmin avtomobilləri xəttən çıxararaq, satışa qoyur.

Qeyd olunur ki, bütün bunlar taksi xidməti göstərən avtomobillərinin sayının kəskin azalmasına səbəb olub ki, bu da öz növbəsində taksi qiymətlərinin bahalaşmasına zəmin yaradıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026