• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ağsuda Nuhu Mustafayevlə vida mərasimi keçirilir

CƏMİYYƏT

24 May 2024 | 15:58

Ağsuda Nuhu Mustafayevlə vida mərasimi keçirilir

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Nuhu Mustafa oğlu Mustafayevin meyitinin qalıqları Ağsu rayonuna gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi Ağsu rayonunun Qaraməmmədli kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Nuhu Mustafa oğlu Mustafayev 1972-ci il avqustun 22-də Ağsu rayonunun Qaraməmmədli kəndində anadan olub. O, 1994-cü il fevralın 14-də Kəlbəcər rayonunun Təkəqaya kəndi ərazisində itkin düşüb.

N.Mustafayev Ağsu rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR