• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Şamaxıda “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

CƏMİYYƏT

23 Iyun 2024 | 12:26 | Müəllif: Subhan Mahmudov

Şamaxıda “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən, əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə məhkum olunmuş 1971-ci il təvəllüdlü İlham Əlixanov saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, ondan bir ədəd “Kalaşnikov” avtomatı və daraq aşkarlanıb. Saxlanılan şəxs odlu silahı satmaq məqsədi ilə paytaxtdan Şamaxıya gətirdiyini bildirib.

İ.Əlixanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR