• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İntiharlar daha çox rayonlarda olur: ŞOK SƏBƏBLƏR

CƏMİYYƏT

26 Yanvar 2024 | 14:28 | Müəllif: Qalib İbrahimoğlu

İntiharlar daha çox rayonlarda olur: ŞOK SƏBƏBLƏR

“Rayonlarda intihar hallarının çoxalması bizim üçün ciddi bir siqnaldır”.

Bunu Bakıvaxtı.az-a deputat Fazil Mustafa ötən il baş verən intihar hallarının daha çox rayonların payına düşməsinə münasibət bildirərkən deyib.

Qeyd edək ki, Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı kçən il Azərbaycanda 620 intihar hadisəsinin qeydə alındığını deyib. Onun sözlərinə görə,intihar hallarının 180-i Bakı şəhərində, 440-ı isə rayonlarda baş verib.

Fazil Mustafa hesab edir ki, bu, bölgələrdəki insanların ümidsizliyi, psixoloji durumunun müəyyən dərəcədə pozulması ilə bağlıdır.

Müsahibimiz hesab edir ki, bunun səbəbləri ciddi sosiloji araşdırmalarla ortaya qoyulmalıdır:

“Bölgələrdə yaşayan insanların işsizlik göstəriciləri, ailə faciələri, sıxıntıları, borc bataqlığında olmaları hamısı araşdırılmalıdır. Bu istiqamətdə də müvafiq qurumlar dövlət səviyyəsində tədbirlər görülməlidir”.

Fazil Mustafa: Bizim sosial müəssisələr bu sahədə ölü vəziyyətdədir

Deputat vurğulayıb ki, insanları intihara sövq edən səbəbləri aradan qaldırmaq üçün ciddi addımlar atılmaq lazımdır:

“Təəssüf ki, bizim sosial müəssisələr bu sahədə ölü vəziyyətdədir. Onların canlanmasına da maraq yoxdur”.

Həmsöhbətimiz intiharların qarşısını almaq üçün maarifləndirmənin önəmli olduğunu vurğulayıb:

“Maarifçilik işinin kordinasiyası həyata keçirilməlidir. Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsinin bu sahədə xeyli monitorinqləri var. Həmin nəticələri ortaq bir müzakirə mühitində araşdırıb müsbət bir addımların atılması vacibdir. 620 bizim üçün böyük rəqəmdir. Xüsusilə də bölgələrdə bu rəqəmin artması narahatedicidir”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR