• Bakı 15° C

    1.74 m/s

Nazir dərman çatışmazlığına aydınlıq gətirdi

CƏMİYYƏT

03 Noyabr 2022 | 11:47

Nazir dərman çatışmazlığına aydınlıq gətirdi

Heç bir dərman vasitəsi ilə bağlı çatışmazlıq yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bəzi dərmanların, əsasən də sirop formasında olanların bazada azalmasının Azərbaycanla heç bir əlaqəsi yoxdur:

"Bilirsiniz ki, istehkakçılar dərmanlarda bəzi baza maddələr istifadə edirlər. Həmin maddələrin azalması səbəbindən də dərman istehsalı aşağı düşüb. Son bir həftə ərzində bu məsələ aradan qaldırılıb. Hazırda həmin dərmanlar da ölkəyə gətirilir".

Nazir onu da qeyd edib ki, Ukraynada olan vəziyyətlə əlaqədar olaraq mart ayında Nazirlər Kabinetinin tapşırığı ilə alternativ bazarlar müəyyən olunub və oradan gələn dərmanlar alternativ bazarlardan təmin edilir. Bununla əlaqədar heç bir korluq yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Oktyabr 2026
24 Oktyabr 2026