• Bakı 12° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Starlink peyk internetinin sürəti düşüb

CƏMİYYƏT

03 Dekabr 2022 | 06:11

Starlink peyk internetinin sürəti düşüb

İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş məşhur Speedtest servisinin yaradıcısı olan Ookla şirkəti Starlink peyk interneti ilə bağlı maraqlı statistikanı təqdim edib.

Bakıvaxtı.az xəbər verir ki, Statistikaya əsasən Starlink-in intermetə qoşulma sürəti ilə şəbəkə keyfiyyəti artıq ardıcıl üçüncü rübdür ki, aşağı düşürlər. Məlumata əsasən bu ilin üçüncü rübündə Starlink-in ortalama sürəti saniyədə 53 Mbit təşkil edib. Halbu ki, bu ilin ikinci rübündə sözügedən göstərici saniyədə 62.5 Mbit təşkil edirdi. Kanadada vəziyyət bir qədər yaxşıdır. Belə ki, bu ilin üçüncü rübündə Starlink-in Kanadada ortalama sürəti saniyədə 65.8 Mbit təşkil edib.

 İkinci rübdə isə bu göstərici saniyədə 75.7 Mbit idi. ABŞ-dakı bəzi istifadəçilər hətta sürətin saniyədə 5 Mbit-ə kimi düşməsini də müşahidə ediblər. Bununla yanaşı ABŞ-da Starlink-in siqnal gecikməsi göstəricisi 67 millisaniyəyə, Kanadada isə 77 millisaniyəyə yüksəlib (technote.az). Ookla şirkətinin mütəxəssisləri qeyd ediblər ki, Starlink-in bütün dünya üzrə istifadəçi kütləsi bu ilin ikinci rübündə 400 000 nəfərə çatıb. Görünür, bu öz növbəsində internet şəbəkəsi sürətinin aşağı düşməsinə səbəb olub. İnternet şəbəkəsinə olan yüklənmə problemini aradan qaldırmaq üçün SpaceX aylıq 1 TB trafik limitin keçilməsi halında internet sürətində məhdudiyyətlər tətbiq etməyə başlayıb.


SON XƏBƏRLƏR