• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nazir müavini: "AZAL-ın qiymətləri yüksək deyil"

CƏMİYYƏT

18 Oktyabr 2023 | 12:25

Nazir müavini: "AZAL-ın qiymətləri yüksək deyil"

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) biletlərinin həddindən artıq baha olması barədə təəssürat yaranıb, lakin qiymətlər yüksək deyil.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

"Bu il AZAL-ın 20 mindən çox bileti 29 avrodan satılıb. Aviasiya sahəsində qiymətlərə yanacağın qiyməti, təyyarələrin alınması və saxlanılması xərcləri, eləcə də digər amillər təsir edir. Artıq AZAL güzəştli qiymətlərlə yanacaq almır, dünya qiymətləri ilə alır. Bu il dövlət büdcəsindən aviaşirkətə vəsait daxil olmayıb. Düzdür, əvvəlki illərdə olub, indi isə AZAL özü xərclərini qarşılamalıdır. Bundan əlavə təyyarələrin dəyişdirilməsinə start verilib. Üstəlik kadr hazırlığı məsələsi var. Qətiyyən demək istəmirəm ki, qiymət olduğu kimi qalacaq. ", - deyə nazir müavini vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026