• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda tarixi bina bərpa edildi - FOTOLAR

CƏMİYYƏT

17 Noyabr 2023 | 10:59

Bakıda tarixi bina bərpa edildi - FOTOLAR

Bakıda yerləşən tarixi bina bərpa edilib.

Bu barədə Bakıvaxtı.az-a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2023-cü ildə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olan paytaxtın Ə.Əliyev küçəsi 1 ünvanında yerləşən binanın fasadının karniz hissələrində bərpa işləri aparılıb.

Qeyd olunub ki, tarixi binanın karniz hissəsində atmosfer təsirləri nəticəsində piyadalar üçün təhlükə yarada biləcək xırda daş parçalarının, karnizin və kronşteynlərin tökülmə təhlükəsinin qarşısını almaq üçün bərpa işlərinin aparılması üçün zərurət yaranıb. Bərpa nəticəsində təhlükəli daşlar təmizlənərək bərkidilib, kronşteynlərdə olan nəbati naxışlar xüsusi əhəng məhlulları ilə bərpa edilib, daşları bərkidilib, metal hissələr qoruyucu qatlarla örtülüb.

Nəticədə tarixi bina ilkin vəziyyətə qaytarılıb.


Bakıda tarixi bina bərpa edildi - FOTOLARBakıda tarixi bina bərpa edildi - FOTOLARBakıda tarixi bina bərpa edildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026