• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakı metrosunda sərnişin qarət olundu

CƏMİYYƏT

16 Dekabr 2023 | 22:29 | Müəllif: Subhan Mahmudov

Bakı metrosunda sərnişin qarət olundu

Bakı metrosunda oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, dekabrın 8-də metro stansiyasında bir nəfərin çantasından içərisində 1040 manat pul və sənəd olan pulqabısı oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 40 yaşlı B.Binyatov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026