• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

CƏMİYYƏT

15 Yanvar 2024 | 19:31 | Müəllif: Subhan Mahmudov

Qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Biləsuvar rayon sakinlərindən qanunsuz saxlanılan 10 ədəd odlu silah təhvil götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 10 ədəd müxtəlif markalı ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026