• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ermənilər Qazaxın 7 kəndindən sürətlə köçür - Danielyan

CƏMİYYƏT

15 Yanvar 2024 | 20:50 | Müəllif: Subhan Mahmudov

Ermənilər Qazaxın 7 kəndindən sürətlə köçür - Danielyan

Ermənilər Tavuşun “anklav” adlanan kəndlərini (Qazaxın Ermənistanın işğalında olan kəndləri nəzərdə tutulur – red.) tərk edir və oradan miqrasiya sürəti artıb.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan erməni mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan bu əraziləri almaq (geri qaytarmaq – red.), hərbiləşdirilmiş istehkamlar yaratmaq və Ermənistanda nəqliyyat kommunikasiyalarına nəzarət etmək istəyir:

“Bu, Ermənistanın 1990-cı illərdən istehkam işlərinin aparıldığı bütün şimal cəbhəsini məhv edəcək. Eyni zamanda, Azərbaycan Ermənistanın neçə kvadrat kilometr ərazisinin onun nəzarətində olduğunu qeyd etmir. Amma bu da problemi həll etməyəcək, çünki Azərbaycanın almaq istədiyi kəndlər Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu kəndlərə maneəsiz çıxışının təmin edilməsi Ermənistanı anklava çevirəcək. Bu, Bakının son məqsədidir və bu planın həyata keçirilməsi Qarabağdan başlayıb. Məqsəd Ermənistanı bir dövlət kimi ləğv etməkdir”.

O bildirib ki, İlham Əliyev öz maksimalist münasibətini ortaya qoyib:

“Danışıqlar masasında Tavuş bölgəsindəki kəndlər, Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların Ermənistana köçürülməsi, təzminat ödənilməsi məsələləri var. Biz bütün bu təhlükələrlə bağlı xəbərdarlıq etdik və bildirdik ki, Azərbaycan bununla da dayanmayacaq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026