• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“TikTok”er Ləman narkotikə görə həbs edilib?

CƏMİYYƏT

17 Dekabr 2023 | 09:34 | Müəllif: Subhan Mahmudov

“TikTok”er Ləman narkotikə görə həbs edilib?

Xəbər verdiyimiz kimi, "TikTok"er Ləman Vəliyeva azadlığa buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 388 (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması) və 206 (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddələri ilə protokol tərtib edilib.

Məhkəmənin qərarı ilə Ləman Vəliyeva 1 000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, L.Vəliyeva sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılmışdı./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026