Masallı rayonunda 2 min abonent qazsız qalıb.
Bakıvaxtı.az xəbər verir ki, buna rayonunun Təzə Alvadı qaz paylayıcı stansiyadan qidalanan Meşəkənarı istiqamətində Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərini təbii qazla təmin edən diametri 273 mm orta təzyiqli qaz xətti güclü şaxtanın təsirindən qırılması səbəb olub.
Nəticədə 2 min abonentin qaz təchizatı saat 04:20-dən dayandırılıb.
















