• Bakı 27° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 2.0001

    RUB - 2.1587

Nazirlər Kabinetində qəzalı binalarla bağlı müşavirə keçirildi

SİYASƏT

25 May 2023 | 19:54

Nazirlər Kabinetində qəzalı binalarla bağlı müşavirə keçirildi

Mayın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə “Qəzalı və yolverilməz vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının 2023-2028-ci illərdə yenilənməsinə və əsaslı təmirinə dair” Dövlət Proqramı layihəsinin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, müşavirədə aidiyyəti qurumların rəhbərləri iştirakı ediblər.

Müşavirə zamanı Proqram layihəsi ətraflı müzakirə edilib, təkliflər nəzərə alınmaqla yekun variantın təqdim edilməsinə dair tapşırıqlar verilib.


SON XƏBƏRLƏR